Title: LAYDAN NEFTİN SIXIŞDIRILMASINA TƏSİR EDƏN AMİLLƏR
Abstract:Hər bir neft yatağının işlənməsi zamanı əsas məqsəd neftveriminin artırılmasıdır. Bu məqsəd həm yeni, həm də köhnə, əldən düşmüş yatağın işlənilməsi zamanı qarşıda durur. Əldən düşmüş yataq dedikdə la...Hər bir neft yatağının işlənməsi zamanı əsas məqsəd neftveriminin artırılmasıdır. Bu məqsəd həm yeni, həm də köhnə, əldən düşmüş yatağın işlənilməsi zamanı qarşıda durur. Əldən düşmüş yataq dedikdə layın əvvəlki ehtiyat enerjisinin azalması ilə lay təzyiqinin azalması başa düşülür. Yeni işə düşən sahələrin işlənməsinə sulaşmanın tətbiqi neftveriminin artırılmasının ilk üsulu hesab olunur. Köhnə yataqlardan qalıq neftin çıxarılması məqsədilə sulaşmanın tətbiq edilməsi neft çıxarmanın ikinci üsulu adlanır. Çətin çıxarılan ehtiyata malik (yüksək özlüklü neft, kiçik keçiricilik, qeyribircinc lay və s.) yataqların sulaşdırılması bəzi hallarda effektsiz olur. Ona görədə sulaşmış yataqlardan qalıq neftin çıxarılması məqsədilə yeni texnologiyasının tətbiqi neftçıxarmanın III təsir üsulu adlanır. Məqalədə neftin sulaşdırma üsulu ilə sıxışdırılmasına təsir edən amillər göstərilməklə, onların zəiflədilməsi yolları göstərilir. Layların neftveriminin artırılması üsulu - lay flüidlərinin süzülmə qanunlarına; layda baş verən fiziki - kimyəvi hadisələrə; süxur hissəciklərinin flüidlərlə mübadiləsinə; vurulan reagentlərin neftə olan təsirinə əsaslanır. Layın sulaşdırılması zamanı vurulan suyun nefti tam sıxışdıra bilməməsinin səbəbi neftlə suyun qarışmamasıdırki, nəticədə bu mayelərin səthi ayrılması baş verir və məsaməli mühitdə neft kapilyar qüvvələr tərəfindən saxlanılır. Nefti onunla qarışan reagentlə sıxışdırdıqda neftlə sıxışdırıcı arasındakı səth yuyulur, kapilyar qüvvələr “yox” olur, neft sıxışdırıcıda həll olur, nəticədə onu tam və ya bir hissəsini sıxışdırma ilə əhatə olunan laydan ayırmaq olur. Açar sözlər. Yataq, sulaşma, təzyiq, neftverimi, kollektor, molekulyar-diffuziya.Read More
Title: $LAYDAN NEFTİN SIXIŞDIRILMASINA TƏSİR EDƏN AMİLLƏR
Abstract: Hər bir neft yatağının işlənməsi zamanı əsas məqsəd neftveriminin artırılmasıdır. Bu məqsəd həm yeni, həm də köhnə, əldən düşmüş yatağın işlənilməsi zamanı qarşıda durur. Əldən düşmüş yataq dedikdə layın əvvəlki ehtiyat enerjisinin azalması ilə lay təzyiqinin azalması başa düşülür. Yeni işə düşən sahələrin işlənməsinə sulaşmanın tətbiqi neftveriminin artırılmasının ilk üsulu hesab olunur. Köhnə yataqlardan qalıq neftin çıxarılması məqsədilə sulaşmanın tətbiq edilməsi neft çıxarmanın ikinci üsulu adlanır. Çətin çıxarılan ehtiyata malik (yüksək özlüklü neft, kiçik keçiricilik, qeyribircinc lay və s.) yataqların sulaşdırılması bəzi hallarda effektsiz olur. Ona görədə sulaşmış yataqlardan qalıq neftin çıxarılması məqsədilə yeni texnologiyasının tətbiqi neftçıxarmanın III təsir üsulu adlanır. Məqalədə neftin sulaşdırma üsulu ilə sıxışdırılmasına təsir edən amillər göstərilməklə, onların zəiflədilməsi yolları göstərilir. Layların neftveriminin artırılması üsulu - lay flüidlərinin süzülmə qanunlarına; layda baş verən fiziki - kimyəvi hadisələrə; süxur hissəciklərinin flüidlərlə mübadiləsinə; vurulan reagentlərin neftə olan təsirinə əsaslanır. Layın sulaşdırılması zamanı vurulan suyun nefti tam sıxışdıra bilməməsinin səbəbi neftlə suyun qarışmamasıdırki, nəticədə bu mayelərin səthi ayrılması baş verir və məsaməli mühitdə neft kapilyar qüvvələr tərəfindən saxlanılır. Nefti onunla qarışan reagentlə sıxışdırdıqda neftlə sıxışdırıcı arasındakı səth yuyulur, kapilyar qüvvələr “yox” olur, neft sıxışdırıcıda həll olur, nəticədə onu tam və ya bir hissəsini sıxışdırma ilə əhatə olunan laydan ayırmaq olur. Açar sözlər. Yataq, sulaşma, təzyiq, neftverimi, kollektor, molekulyar-diffuziya.