Abstract:Yüksək dəqiqlik tələb edən sənaye sahələrində (aviasiya, müdafiə obyektləri, maşınqayırma, neft sənayesi və digər sahələrdə ) elektromexaniki mühərriklərdən istifadə olunur. Uzunmüddətli istifadə zama...Yüksək dəqiqlik tələb edən sənaye sahələrində (aviasiya, müdafiə obyektləri, maşınqayırma, neft sənayesi və digər sahələrdə ) elektromexaniki mühərriklərdən istifadə olunur. Uzunmüddətli istifadə zamanı dişli çarxlarda dişlər get-gedə yeyilir, dişlərin profilləri və ölçüləri dəyişir, ilişmə zamanı dişlər arasında araboşluğu yaranır.Nəticədə mühərrikin faydalı iş əmsalı azalır, sərtliyi, kinematik dəqiqliyi və dinamiki yüklənməsi artır. Dişlərin yeyilmə intensivliyi geniş həddlər daxilində (I = … ) dəyişə bilər.Yeyilmə intensivliyi kontaktda olan materialların toxunan səthlərinin qarşılıqlı təsir növündən, gərginliklərin qiymətindən, sürüşmə sürətindən və ətraf mühitin temperaturundan asılıdır. Bu parametrlərin tənzimlənməsi materialın nazik təbəqəsinin səthində yeyilmə intensivliyini azaldır. Adi atmosfer şəraitində toxunan səthlərdə sürüşmədən materialin nazik təbəqəsi dağılaraq oksidləşmə pərdəsi yaranır.Dişli çarxların dişlərinin toxunma sahələrində sürtgü yağlarından istifadə bərk və ya məsaməli mayeli maddələrin işlək sahələrinin qaz və mayeni udması dişli çarxın materialının dağıdılmasının qarşısını alır. Baxılan məqalədə elektromexaniki mühərriklərdə yeyilmə kriteriyasına görə dişli çarx ötürməsinin resursunun hesablama metodikası verilmişdir.Əldə olunan asılılıqlar dişli çarx ötürmələrinin uzun ömürlülüyünün hesabatında istifadə oluna bilər.Aviasiyanın, kosmosun, müdafiə tədbirləri üçün komplekslərin və sənayenin digər sahələrinin, o cümlədən də neft sənayesində ekstremal şəraitdə istifadə olunan dişli çarx mexanizmlərinin işləmə qabiliyyətini və resursunu artırmaq tədqiqatçıların və konstruktorların qarşısına qoyulan mühüm məsələlərdən biridir. Dəyişən kontakt gərginlikləri və dişlərin profillərində yaranan sürtünmə, dişlərin işçi səthlərinin zədələnməsinə səbəb olur. Həm açıq, həm də qapalı ötürmələrdə dişlərin çirklənmədən qorunmayan işçi səthlərindən abraziv hissəciklərin yaratdığı gərginlik, dişlərin abraziv yeyilməsinə səbəb olur. Yeyilməyə məruz qalan dişlər ilişməyə daxil olduqda onların arasında qalan araboşluğu böyüyür, dinamiki yüklər və səs-küy artır, ötürmənin kinematik dəqiqliyi azalır.Bu da həm dişlərin möhkəmliyinin, həm də en kəsik sahəsinin azalmasına və hətta sınmasına gətirib çıxarır. Aqreqatla idarə olunan elektromexaniki mühərriklər böyük ötürmə nisbətinə malik olan dişli çarxlardan, elektrik mühərrikindən, evolvent profilli adi silindrik ötürmələrdən və çıxış pilləsində planetar və ya dalğavari dişli mexanizmlərdən ibarətdir. Elektromexaniki mühərriklərin sıradan çıxmasının əsas səbəbi dişli çarxların işçi səthlərinin yeyilməsidir. Bu tədqiqatın aparılmasında əsas məqsəd müxtəlif sürtgü materiallarının istismar şəraitindən asılı olaraq dişli çarx mexanizmlərinin işçi sahələrinin möhkəmliyə hesabat problemlərindən asılılığını öyrənməkdir. Açar sözlər.dişli çarx, mühərrik, sürtünmə sürüşməsi, yeyilmə, kontakt gərginliyi.Read More
Abstract: Yüksək dəqiqlik tələb edən sənaye sahələrində (aviasiya, müdafiə obyektləri, maşınqayırma, neft sənayesi və digər sahələrdə ) elektromexaniki mühərriklərdən istifadə olunur. Uzunmüddətli istifadə zamanı dişli çarxlarda dişlər get-gedə yeyilir, dişlərin profilləri və ölçüləri dəyişir, ilişmə zamanı dişlər arasında araboşluğu yaranır.Nəticədə mühərrikin faydalı iş əmsalı azalır, sərtliyi, kinematik dəqiqliyi və dinamiki yüklənməsi artır. Dişlərin yeyilmə intensivliyi geniş həddlər daxilində (I = … ) dəyişə bilər.Yeyilmə intensivliyi kontaktda olan materialların toxunan səthlərinin qarşılıqlı təsir növündən, gərginliklərin qiymətindən, sürüşmə sürətindən və ətraf mühitin temperaturundan asılıdır. Bu parametrlərin tənzimlənməsi materialın nazik təbəqəsinin səthində yeyilmə intensivliyini azaldır. Adi atmosfer şəraitində toxunan səthlərdə sürüşmədən materialin nazik təbəqəsi dağılaraq oksidləşmə pərdəsi yaranır.Dişli çarxların dişlərinin toxunma sahələrində sürtgü yağlarından istifadə bərk və ya məsaməli mayeli maddələrin işlək sahələrinin qaz və mayeni udması dişli çarxın materialının dağıdılmasının qarşısını alır. Baxılan məqalədə elektromexaniki mühərriklərdə yeyilmə kriteriyasına görə dişli çarx ötürməsinin resursunun hesablama metodikası verilmişdir.Əldə olunan asılılıqlar dişli çarx ötürmələrinin uzun ömürlülüyünün hesabatında istifadə oluna bilər.Aviasiyanın, kosmosun, müdafiə tədbirləri üçün komplekslərin və sənayenin digər sahələrinin, o cümlədən də neft sənayesində ekstremal şəraitdə istifadə olunan dişli çarx mexanizmlərinin işləmə qabiliyyətini və resursunu artırmaq tədqiqatçıların və konstruktorların qarşısına qoyulan mühüm məsələlərdən biridir. Dəyişən kontakt gərginlikləri və dişlərin profillərində yaranan sürtünmə, dişlərin işçi səthlərinin zədələnməsinə səbəb olur. Həm açıq, həm də qapalı ötürmələrdə dişlərin çirklənmədən qorunmayan işçi səthlərindən abraziv hissəciklərin yaratdığı gərginlik, dişlərin abraziv yeyilməsinə səbəb olur. Yeyilməyə məruz qalan dişlər ilişməyə daxil olduqda onların arasında qalan araboşluğu böyüyür, dinamiki yüklər və səs-küy artır, ötürmənin kinematik dəqiqliyi azalır.Bu da həm dişlərin möhkəmliyinin, həm də en kəsik sahəsinin azalmasına və hətta sınmasına gətirib çıxarır. Aqreqatla idarə olunan elektromexaniki mühərriklər böyük ötürmə nisbətinə malik olan dişli çarxlardan, elektrik mühərrikindən, evolvent profilli adi silindrik ötürmələrdən və çıxış pilləsində planetar və ya dalğavari dişli mexanizmlərdən ibarətdir. Elektromexaniki mühərriklərin sıradan çıxmasının əsas səbəbi dişli çarxların işçi səthlərinin yeyilməsidir. Bu tədqiqatın aparılmasında əsas məqsəd müxtəlif sürtgü materiallarının istismar şəraitindən asılı olaraq dişli çarx mexanizmlərinin işçi sahələrinin möhkəmliyə hesabat problemlərindən asılılığını öyrənməkdir. Açar sözlər.dişli çarx, mühərrik, sürtünmə sürüşməsi, yeyilmə, kontakt gərginliyi.