Title: SANQAÇAL TERMİNALINDA EKOLOJİ PROBLEMLƏRİN ARADAN QALDIRILMASINDA İSTİFADƏ OLUNAN KOMPRESSORLAR
Abstract:Bugünki ekoloji vəziyyəti təhlil edərkən, neft qaz istehsalı, emalı zavodlarında ətraf mühitə məşəl sistemi vasitəsi ilə atmosferə atılan tullantı qazlar ətraf mühiti çirkləndirərək qlobal istiləşməyə...Bugünki ekoloji vəziyyəti təhlil edərkən, neft qaz istehsalı, emalı zavodlarında ətraf mühitə məşəl sistemi vasitəsi ilə atmosferə atılan tullantı qazlar ətraf mühiti çirkləndirərək qlobal istiləşməyə səbəb olur. Bu səbəbdən sənaye zavodlarında məşəl sistemində yandırılan tullantı qazların yenidən dövriyyəyə qaytarılaraq istifadə olunması üçün məşəl qazlarını təkrar emalı kompressorlarından istifadə olunur. Neft və qaz sənayesində istifadə olunan tipik məşəl yandırılmaq üçün arzuolunmaz qazları toplayan ox və ya borudan ibarətdir. Onun ucunda yanma səmərəliliyini artırmaq üçün sərbəst hava ilə yaranan qazları birləşdirən hava yardımı mexanizmi var. Məşəl qazları sıxılır və dərhal yanacaq qazı kimi istifadə üçün yanacaq qazı kollektoruna qaytarılır. Məşəl qazının bərpası səs-küy və istilik radiasiyasını, istismar və texniki xidmət xərclərini, havanın çirklənməsini və emissiyasını, yanacaq qazı və buxar sərfini azaldır. Açar sözlər: qlobal isitləşmə, CO2 qazı emissiyası, məşəl qazları, fırlanan rotorlu üfürücülər.Read More